VMH partiyasının üzvü Levan Xabeişvili Mixail Saakaşvilini Rustavi həbsxanasından ziyarət edib.
InterPress.ge xəbər verir ki, Saakaşviliyə baş çəkən VMH üzvü Levan Xabeişvili Mixail Saakaşvilinin artıq işləyib hazırladığı iqtisadi plandan danışır və 4 punktu sadalayır:
"Yanacağın qiymətini ən azı 80 tetri necə endirmək olar - bu, aksiz vergisinin ləğvi və larinin gücləndirilməsi olacaq.
Minimum əmək haqqının 1500 laridən olmasını necə təmin etmək olar.
Bu şərtlərlə pensiya 500-600 lari ola bilər
Dördüncü məsələ təhsil sahəsində gənclərlə, tələbələrlə bağlı idi.”
