Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

XİN başçısı: “Dost ölkələrin yardımı olmadan Gürcüstanın uğurları çətin olardı”

743
XİN başçısı: “Dost ölkələrin yardımı olmadan Gürcüstanın uğurları çətin olardı”
Dinləmək üçün basın

“Gürcüstanın uğurları dost ölkələrin çox dəyərli yardımı olmadan mümkün olmazdı”.

“Gürcüstanın uğurları dost ölkələrin çox dəyərli yardımı olmadan mümkün olmazdı”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Xarici işlər naziri David Zalkalianinin ölkənin Müstəqillik Günü münasibəti ilə Gürcüstanda akkreditə edilmiş diplomatik korpuslara məktubunda belə deyilib.

D. Zalkaliani Gürcüstandakı xarici ölkələrin səfirlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə, diplomatlara peşəkarlıq, fədakarlıqvə xeyirxahlıq göstərdikləri üçün təşəkkür edib.

XİN başçısı koronavirus pandemiyası zamanı Gürcüstana yardım etmiş xarici ölkələrə təşəkkürünü ifadə edib. "Yanımızda olan ölkələrin əvəzsiz köməyi olmadan Gürcüstanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsi çox çətin olardı. Son aylarda üzləşdiyimiz pandemiya bizə dünyanı dəyişdirməyimizin, həmrəylik, əməkdaşlıq və qarşılıqlı yardımlaşma prinsipləri üzərində yenidən inşa etməyimizin lazım olduğunu göstərdi", - deyə D. Zalkaliani məktubunda bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →