17 
Yan
2022
21:24
545

Tv Pirveli: DTX- nin Rusiyanın “FSB”si ilə hansı əlaqəsi var?

DTX- nin Rusiyanın “FSB”si ilə hansı əlaqəsi var və Nika Qvaramiyanı öldürməyə gələn killerləri ölkədən göndərən şəxs kim olub?!

InterPress.ge xəbər verir ki, TV Pirveli DTX- min antiterror mərkəzinin rəhbərindən bu suala cavab almağa çalışıb. 

Aleksandr Maisuradze evinə gələn jurnalistə qapını açmayıb və qapı arxasından suallara cavab verməyib.

Rusiyadan Nika Qvaramiyanı öldürməyə gələn killer qrupu Gürcüstanın təhlükəsizlik xidməti tərəfindən saxlanılmayıb və Rusiya sərhədinədək yola salınıb.

 Qalmaqallı məqaləni cnews yayımlayıb.

Jurnalistlər Rusiya xüsusi xidmət orqanları tərəfindən Nika Qvaramiyanın öldürülməsi üçün Gürcüstan ərazisinə göndərilən şəxslərin pasportlarının surətlərini əldə ediblər. Qətlin əsas sifarişçisi kimi Ramzan Kadırovun adı çəkilir, cinayətkarlar isə Artur Qataev, Slava Qagiev və Artur Quliyevdir. Onların hər üçü Rusiya vətəndaşıdır.

Bu olayın izləri DTX- nin Antiterror Mərkəzinin rəhbəri Aleksandr Maisuradzeyə gedib çıxır. Mövcud məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti Rusiyanın “FSB”si ilə birbaşa əlaqə saxlayıb, bundan sonra Aleksandr Masiuradze qatilləri Gürcüstandan sülh yolu ilə tərk etmək qərarına gəlib.

Bizimlə əlaqə saxlayın