18 
Yan
2022
12:02
5704

Məktəblərlə bağlı səhiyyə nazirinin müavini açıqlama verdi

"Xəstəliklərə Nəzarət Mərkəzinin və Səhiyyə Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır ki, məktəblər sinif mühitində fəaliyyətini davam etdirə bilsinlər".

InterPress.ge xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Tamar Qabunia Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Qabunianın izah etdiyinə görə, məktəblərin bununla bağlı hazırlığı kifayət qədər yüksəkdir, çünki onlar artıq pandemiya dalğasının bir neçə mərhələsindən keçiblər.

“Onlar infeksiya aşkar edildikdə lazım olan protokola uyğunlaşıblar. Əksər məktəblər distant təhsili həyata keçirmək üçün çevik mexanizmdən çox asanlıqla istifadə edə bilərlər. Uşaqlara və valideynlərə hansına üstünlük verdiklərini seçmək təklif olunur və bu, mühüm zəmanətlər yaradır. Vaksinasiya prosesi də vacibdir - məktəblərdə peyvənd olunmuş işçilərin sayı 70%-i ötür və bu istiqamətdə işlər davam etdirilir", - Tamar Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın