18 
Yan
2022
12:44
1068

Mərkəz rəhbəri pik həddin nə vaxt olacağını açıqladı

"Həqiqətən heç kim pis nəticə əldə etmək istəmir - pik həddə 10-15 min halımız olmalıdır".

InterPress.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 4300 xəstə müalicə alır, ağır xəstələrin sayında artım müşahidə olunmur.

"Həqiqətən heç kim pis nəticə əldə etmək istəmir. Omikron yoluxmaların sayını üç dəfə, dörd dəfə, bəzən beş dəfə artırır. Qlobal miqyasda üç və dörd dəfə artır. Bununla belə, ən ağır göstərici - ölüm halları artmayıb. Halların sayı azalır. Əgər əvvəlki ştamlarda bizdə 2,1%, bəzi ölkələrdə 3 və 4% idisə, bu gün dünyada 1,8% təşkil edir. Gürcüstanda bu gün ölüm nisbəti 1,45%-ə düşüb. Nəyi gözləyirik?! İnfeksiya hallarının artacağını gözləyirik. Etibar etdiyimiz əsas proqnozlaşdırma institutlarının məlumatları bizə yanvarın son ongünlüyündə, fevralın birinci ongünlüyündə zirvəyə çatacağımızı bildirir. 60.000 hal barədə işlətdiyim sözü başqa cür yozdular. Mən 60 min aşkarlanmış halın olacağını demədim. Xahiş edirəm danışdıqlarıma yaxşı diqqət yetirin. Biz bu gün 7 min yoluxma halı müəyyən etdik, qiymətləndirmə nisbəti ilə yəqin ki, yoluxanların sayı iki dəfə artıb, onlarda burun axması, öksürük qeydə alınır, ancaq tibb müəssisəsinə müraciət etmirlər. Testdən keçmək üçün getmirlər. Biz təxmin edirik ki, zirvədə 10-15 min yeni yoluxma qeydə alınmalıdır. Xəstəxanada 4300 xəstə var. Ağır xəstələrin sayında artım müşahidə edilmir. Reanimasiya və süni ventilyasiyada olan xəstələrin sayı bir qədər azdır", - Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər