18 
Yan
2022
13:26
1296

Koordinasiya Şurası əhaliyə çağırış edir

Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə Hökumət Administrasiyasında bu gün keçirilən İdarələrarası Koordinasiya Şurasının iclasında Gürcüstanda epidemioloji vəziyyət, xəstəxana sektorunun yükü və vaksinasiya prosesi müzakirə edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Bildirilib ki, “Omikron” ştammının yayılma sürəti yüksək olduğundan ölkədə infeksiyalara yoluxma halları artır, ancaq xəstəxana sektorunun yükü artmır. Mütəxəssislərin hesablamalarına görə, peyvənd edilmiş şəxslərdə Omikron, eləcə də Delta ştammı yüngül gedir və yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Virusun asan keçməsi üçün buster dozaların vacibliyi bir daha vurğulanıb.

Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları vaksinasiya prosesində fəal iştirak etməyə, maska taxmağa və sosial məsafəni qorumağa çağırır. Məlum olduğu kimi, hökumətin qərarına əsasən, 200 larilik həvəsləndirmə tədbiri yanvarın sonuna qədər davam edəcək və peyvənddən sonra pulu alacaq şəxslərin yaşı 50 yaşa endirilib.

Bununla belə, peyvənd olunmuş, peyvənd olunmamış və kovid keçirmiş şəxslər üçün təcrid və karantin müddətləri bu həftədən dəyişdirilib. Asemptomatik və yüngül xəstələr üçün karantin müddəti 8 gün, orta və ağır hallarda isə 10 gün təşkil edir. Hər iki halda, izolyasiya başa çatdıqdan sonra növbəti 5 gün ərzində maska taxmaq məcburidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər