18 
Yan
2022
13:38
535

Mərkəz rəhbəri 2020-ci ildə tətbiq edilən sərt məhdudiyyətlərin səbəbini açıqladı

"2020-ci ildə dünya iqtisadiyyatı pandemiya səbəbindən mənfi təsirə məruz qaldı. Bu, 20-ci əsrin Böyük Depressiyasından və İkinci Dünya Müharibəsindən sonra qlobal iqtisadiyyatda ən böyük tənəzzül idi. 2008-2009-cu illərin maliyyə böhranı iqtisadiyyata pandemiya kimi ağır zərbə vurmadı".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze hökumət administrasiyasında İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bildirib.

Onun qeyd etdiyinə görə, 2020-ci ilin yazında ciddi məhdudiyyətlər olmasaydı, Gürcüstanın səhiyyə sistemi xəstələrin sayının artmasına tab gətirə bilməzdi.

“Tənqid budur ki, keçən il nə üçün sərt məhdudiyyətlər var idi - əgər bu olmasaydı, məhdudiyyətlərdən başqa kovidlə mübarizə aparmaq üçün başqa silah olmazdı. Peyvənd, dərman yox idi və kovid haqqında məlumatımız çox deyildi, mən 2020-ci ilin yazını nəzərdə tuturam. Bütün dünya bu xəstəliklə müxtəlif növ və sərtlikdə olan məhdudiyyətlər ilə mübarizə aparırdı. 2020-ci ildə dünya iqtisadiyyatı pandemiya səbəbindən mənfi təsirə məruz qaldı. Bu, 20-ci əsrin Böyük Depressiyasından və İkinci Dünya Müharibəsindən sonra qlobal iqtisadiyyatda ən böyük tənəzzül idi. 2008-2009-cu illərin maliyyə böhranı iqtisadiyyata pandemiya kimi ağır zərbə vurmadı. Gürcüstan da qlobal dünyanın bir hissəsidir. Əgər o zaman biz sərt məhdudlaşdırıcı tədbirlər görməsəydik gündəlik 3-4-5 min yeni hal olacaqdı, inanın ki, səhiyyə sistemi buna tab gətirə bilməzdi. Sonra bir çox şey daha da dəqiqləşdirildi və biz bu infeksiya haqqında çox şey öyrəndik. Baxmayaraq ki, zirvədə çox yüksək sayda halımız olsa da, bu epidemiyanın öhdəsindən gəldik. Başa düşürəm ki, tənqid var, bəziləri nəzərə alına bilər, cavablar var və əgər maraqlanırsınızsa, bunu sizə təhlil edə bilərəm”, - Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın