18 
Yan
2022
20:32
1743

Tbilisidə Altay Paşayev tapdığı külli miqdarda pulu sahibinə geri qaytardı

18 yaşlı Altay Paşayev Tbilisidə içində 6000 lariyə qədər pul olan pulqabı tapıb. 

InterPress.ge xəbər verir ki,  Paşayev pulu polisə aparıb, polis isə onu sahibinə qaytarıb.

Altay qeyd edib ki, bir dəqiqə belə pulu götürmək ağlına belə gəlməyib.

"İşdən evə qayıdırdım. Yerdə pulqabı gördüm, açdım, içərisində böyük məbləğdə pul var idi. Polisə getdim, pulun sahibi gələnə kimi oradan ayrılmadım". - deyə Altay bildirib.

Daha sonra məlum olub ki, Çiçi Xotenaşvili adında qadın itirib pul qabını.

Xotenaşvilinin qeyd etdiyinə görə, pulun itməsi xəbərini alanda çox pis olub.

"Maşına minəndə pulu pulqabına qoydum. Pul kisəsini çantaya qoyduğumu düşünürdüm, amma sən demə pencəklə çantanın arasına düşüb. Pulu itirdiyimdən xəbərim yox idi. Uşağım azyaşlıdır və onun telefon nomrəsi mənim adıma qeydiyyatdadır, polislər ona zəng vurub. Övladımın dostunun anası mənə zəng edib pulqabımı itirdiyimi bildirdi. Eşidəndə çox pis oldum, şok oldum. Mən bu pulu tapan yaxşı adamın kimin olduğunu düşünürdüm.  Bu adam mənim qəhrəmanımdır. Onu hamı tanımalıdır”, - deyə Çiçi Xotenaşvili bildirib.

Altay Bolnisidə anadan olub. O, 4 yaşında ikən ailəsi ilə Tiflisə köçüb. Bir neçə ildir işləyir və öz gəliri var. Pulu tapdığı gün onun 18 yaşı tamam olub.

 

 

Bizimlə əlaqə saxlayın