20 
Yan
2022
12:04
345

Kaxa Kaladze: "Mixeil Saakaşvili də cəzasını digər məhbuslar kimi çəkəcək"

"Mixeil Saakaşvili də cəzasını digər məhbuslar kimi çəkəcək".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi meri Kaxa Kaladze Axalkalaki və Kumurdo mitropoliti Nikoloz Paçuaşvilinin təşəbbüsünü şərh edərkən bildirib.  

Kaladzenin qeyd etdiyinə görə, ölkədə siyasi böhran yoxdur və böhran yalnız “Milli Hərəkat”dadır.

"VMH-da siyasi böhran var. Ölkədə heç bir siyasi böhran yoxdur. Mixeil Saakaşvili mühakimə olunub, o, konkret cinayətlərə görə məhkum edilib və bütün məhbuslar kimi cəzasını çəkəcək", - Kaladze bildirib.

Xatırladaq ki, Axalkalaki və Kumurdo Yeparxiyasının mitropoliti, möhtərəm Nikoloz Paçuaşvili Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin ev dustaqlığında olması təşəbbüsü ilə çıxış edib və bunun üçün öz yeparxiyasını ayıracağını bildirib.

Bizimlə əlaqə saxlayın