20 
Yan
2022
18:20
349

Gürcüstan parlamentinin kitabxanası zalında 20 Yanvar və 9 Aprel şəhidlərinə həsr olunmuş anım mərasimi keçirildi- FOTO

Bu gün 20 Yanvar tarixində Gürcüstan Parlamentinin Kitabxanası zalında anım mərasimi keçirildi.

InterPress.ge xəbər verir ki, tədbir 20 Yanvar və 9 Aprel hadisələrində həlak olmuş şəhidlərə həsr edilmişdi.

Anım mərasimində 20 Yanvar və 9 Aprel faciələrində qəhrəmancasına vuruşaraq vətən bütövlüyü  uğrunda canlarından keçən şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.

Bu gün baş tutan anım mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev tədbiri söz çıxışı ilə açaraq bu tarixlərin önəmindən danışaraq təəssüratlarını bölüşdü.

Mərasimə eləcə də,Gürcüstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan, Parlamentin majoritar millət vəkilləri Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, tanınmış jurnalist, 20 Yanvar hadisələrinin şahidi Bəhram Mehdi, Gürcüstanın və Azərbaycanın Eldar artistləri qatılmışdılar.

Qonaqlar tədbirdə sözlə çıxış edərək 20 Yanvar və 9 Aprel faciələri haqda danışaraq təəssüratlarını bölüşdülər.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikovanin ifaları fonunda Gürcüstanın Pantomima Teatrının aktyorları 20 Yanvar və 9 Aprel həsr olunmuş teatral səhnə oynadılar.

Qeyd edək ki, 20 Yanvar hadisələrindən 32 il, 9 Aprel hadisələrindən isə 30 il ötür.

Bizimlə əlaqə saxlayın