21 
Yan
2022
13:47
256

Liza Yasko Saakaşvili ilə görüşə buraxılmadığını açıqladı

Ukrayna Radasının deputatı Liza Yasko üçüncü prezident Mixeil Saakaşvilini Rustavidəki 12-ci Cəzaçəkmə Müəssisəsində görməyə gedib, lakin indiyədək onu müəssisəyə buraxmayıblar.

InterPress.ge xəbər verir ki, Yasko-ya həbsxanaya girmək üçün icazə verilməyib.

“Əvvəllər Mixeil Saakaşvilini görmək üçün Rustavi həbsxanasına girməkdə heç vaxt problem yaşamamışam. İndi gəlmişəm, mənə deyirlər ki, icazə verilmir. Ukraynada Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı işgəncə və pis rəftarla bağlı bir neçə iş araşdırılır”, - Yasko bildirib.
 
Gürcüstan parlamentariləri Levan Bejaşvili və Tamar Kordzaia-nın Ukraynaya səfərinə gəlincə, o bildirib ki, “bu görüşlər hər kəsin əslində baş verənlərdən xəbərdar olması üçün informasiya mübadiləsinə xidmət edir”.

“Düşünürəm ki, bu düzgündür. İndi vəziyyətə görə Ukraynada çoxlu nümayəndə heyəti var. Biz Saakaşvilinin azad edilməsinə nail olmalıyıq, plan budur, lakin onun psixoloji və ya fiziki cəhətdən məhv olacağını gözləmək və buna icazə vermək mümkün deyil, bu normal deyil”, - Liza Yasko bildirib.

Bizimlə əlaqə saxlayın