21 
Yan
2022
14:18
339

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır.

Vurğulanıb ki, bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

XİN-dən bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.

Bizimlə əlaqə saxlayın