InterPress.ge xəbər verir ki, hadisə Marneulinin mərkəzi Rustaveli küçəsində (Bazar Ərazisinə yaxın) baş verib.
Məlumata görə, avtomobil təmirdən gələrkən benzin sızması nəticəsində yanmağa başlayıb.
Avtomobil alışıb yanarkən ətrafda olanlar kömək edərək söndürməyə çalışıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Şahidlərin verdiyi məlumata görə, hadisə yerinə yanğın söndürənlər vaxtında gəlib çatmayıb.



