21 
Yan
2022
20:03
408

Rusiyanın Xarici İşlər Nazirliyi: "Biz ümid edirik ki, Gürcüstan hökuməti keçmişdən nəticə çıxaracaq və..."

"Biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına sadiq qalırıq - bütün bunlar ölkələrimizin xalqlarının maraqlarına cavab verir, lakin belə bir proses ikitərəfli olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

“Rusiya aviaşirkətlərinin Rusiya vətəndaşlarının Gürcüstana daşınmasına qoyulan qadağa müvəqqətidir. Biz onun ləğvinin şərtlərini dəfələrlə bildirmişik. Onlar gürcü tərəfinə yaxşı tanışdır.

Söhbət Gürcüstanda vəziyyətin sabitləşməsindən, rusofobik kampaniyanın dayandırılmasından və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasından gedir. Sanitariya-epidemioloji vəziyyətə də diqqət yetirmək lazımdır.

Rusiya gürcü radikallarının məlum təxribatına cavab olaraq yuxarıda qeyd olunan məhdudiyyətləri qəbul etməyə məcbur oldu. Eyni zamanda, biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına sadiq qalırıq - bütün bunlar ölkələrimizin xalqlarının mənafeyinə uyğundur, lakin belə bir proses ikitərəfli olmalıdır. Biz ümid edirik ki, Gürcüstan hökuməti keçmişdən nəticə çıxaracaq və Rusiyaya qarşı daha balanslı siyasət aparacaq”, - Nazirliyin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər