Prezident Salome Zurabişvili MSK sədrliyinə və üzvlüyünə namizədlərin siyahısını parlamentə göndərdi
Prezident Salome Zurabişvili MSK sədrliyinə və üzvlüyünə namizədlərin siyahısını parlamentə göndərib.
InterPress.ge xəbər verir ki, Salome Zurabişvili MSK-nın sədrliyinə iki namizədi – hazırkı sədr Qiorqi Kalandarişvili və “Vətəndaş Platforması 2020” qeyri-hökumət təşkilatının rəhbəri Tenqiz Tevzadzeni parlamentə təqdim edib.
Tenqiz Tevzadze deyir ki, seçiləcəyi təqdirdə MSK-da tam islahat aparmaq niyyətindədir.
Mən Gürcüstan parlamentinə seçki administrasiyasının tam islahatı və onun şəffaf fəaliyyəti üçün əsas olacaq 5 bəndlik plan təqdim edəcəyəm. Bu islahat əsasında xalqın etimadını artırmağa ümid edirəm. Siyasi partiyalar istəsələr, onlarla görüşməyə hazıram”, - deyə Tenqiz Tevzadze bildirib.
MSK üzvü olan iki vakant vəzifəyə namizədlər Kristine Kagaia, Levan İsakadze, Maia Zaridze və Qia Çaçaşvilidir.


