23 
Yan
2022
20:56
610

Sabah Mixeil Saakaşvilinin məhkəməsi baş tutacaq

Gürcüstanın sabiq prezidenti, təqsirləndirilən Mixail Saakaşvilinin 7 noyabr tarixli işi üzrə məhkəməsi yanvarın 24-də, saat 12:00-da Tbilisi şəhər məhkəməsində keçiriləcək.

InterPress.ge xəbər verir ki, əldə olunan məlumata görə, Mixail Saakaşvili sabahkı iclasda iştirak etməyəcək.

Dövlət ittihamında Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkaçişvilinin əmlakının cinayətlə ələ keçirilməsində ittiham olunur.

Gürcüstanın sabiq prezidentinə qarşı Gürcüstanın Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu işdə Saakaşvili ilə birlikdə Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da ittiham olunur.

Bizimlə əlaqə saxlayın