24 
Yan
2022
10:58
363

Nino Lomjaria Strasburqa yola düşüb

Ombudsman Nino Lomjaria Strasburqa gedib

lnterPress.ge xəbər verir ki, xalq müdafiəçisi bu barədə mediaya açıqlama verib.

O qeyd edib ki, səfər zamanı Avropa Şurasında yüksək vəzifəli şəxslərlə, o cümlədən Strasburq Məhkəməsinin prezidenti ilə görüşlər keçiriləcək.

Onun sözlərinə əsasən, görüşdə müzakirə olunacaq mövzular arasında 5 iyul hadisələri, Mixail Saakaşvili işi və s. olacaq.

“Mən Strasburqa səfər edəcəyəm, görüşlər yüksək səviyyədə keçiriləcək, o cümlədən Strasburq məhkəməsinin prezidenti ilə görüşməyi planlaşdırıram. Yəqin ki, iyulun 5-də Gürcüstanda baş verənlərə maraq olacaq və təbii ki, onlara istintaqın vəziyyəti ilə bağlı məlumat verəcəm. Təbii ki, Mixail Saakaşvilinin işinə də maraq doğacaq. Səfərin məqsədi Strasburq institutlarını, Avropa Şurası institutlarını insan hüquqlarının müdafiəsi baxımından Gürcüstanda mövcud vəziyyətlə tanış etmək və onlara yenilənmiş məlumatlar təqdim etməkdir”.

 

Bizimlə əlaqə saxlayın