Gürcüstanın xarici işlər naziri ilə Ukraynalı həmkarı arasında telefon danışığı baş tutub
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Davit Zalkaliani ilə ukraynalı həmkarı Dmitri Kuleb arasında telefon danışığı olub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, söhbət zamanı Davit Zalkaliani Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib və mövcud çətin vəziyyətə güclü dəstəyini ifadə edib.
Agentliyin məlumatına görə, Davit Zalkaliani Gürcüstan və Ukraynanın işğalla bağlı ümumi problemlərlə üzləşdiyini də qeyd edib.
“Tərəflər gedən proseslər, Ukrayna sərhədləri boyunca mövcud vəziyyət barədə məlumat mübadiləsi aparıblar. Rusiya ilə Qərb tərəfdaşlar arasında davam edən dialoqa paralel olaraq Ukrayna və Gürcüstanın yüksək səviyyəli nümayəndələri ilə ünsiyyətdən də danışılıb.
Bu kontekstdə tərəflər beynəlxalq tərəfdaşların dəstəyini və Gürcüstan və Ukraynanın suverenliyi, ərazi bütövlüyü, eləcə də iki ölkənin öz gələcəyini seçmək suveren hüququ, Avropa və Avro-Atlantik istəkləri ilə bağlı birmənalı mövqeyini müsbət qiymətləndiriblər. Bu ölkələrin iştirakı olmadan Gürcüstan və ya Ukrayna ilə bağlı qərarlar qəbul edilməyəcək.
Telefon danışığı zamanı Gürcüstan və Ukrayna arasında beynəlxalq platformalar və sıx əlaqə vurğulanıb. Nazirlər cari proseslər haqqında məlumat mübadiləsi və mövqeləri bölüşmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər”, - Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.


