Tbilisidə iddia olunan qanunsuz bina tikintisində Kvemo Kartli qubernatorunun müavininin adı hallanır
Müxalifət Varketilidə qanunsuz tikilmiş bina aşkar edib.
InterPress.ge xəbər verir ki, yaşayış kompleksi “Gürcü Arzusu”nun yüksək vəzifəli məmurlarından birinin olan “Qeqe Development” şirkəti tərəfindən tikildiyi deyilir.
Mövcud məlumata görə, Kvemo Kartli qubernatorunun müavini Levan Singikaşvili və onun biznes ortağı Qia Çiraqişvili binanı meriyanın və Nəzarət Xidmətinin icazəsi olmadan inşa ediblər. Qanunsuz tikintinin aparılmasına baxmayaraq, şirkət cərimələnməyib. Şirkət 7 milyon manat mənfəət əldə edib.
VMH partiyadının üzvü Levan Xabeişvili işin araşdırılmasını tələb edir.
"Binanın tikintisinin arxasında Gürcü Arzusunun yüksək rütbəli məmuru, konkret olaraq Kvemo Kartli qubernatorunun müavini, eləcə də vaxtında hüquq-mühafizə orqanlarının əleyhinə ifadə verən iş adamı dayanır. Bu qeyri-qanuni tikinti təxminən 5-7 milyon lari qazandırıb. Mən bütün cinayətkarların cəzalandırılmasını tələb edirəm”, - Levan Xabeişvili bildirib.


