26 
Yan
2022
12:18
283

Kaxa Kaladze: “Ukraynalılar bizim dost xalqımızdır və buna görə də Ukraynada sülhə təhlükə yaranmaması bizim üçün xüsusilə vacibdir”

“Ukraynalılar bizim dost xalqımızdır və buna görə də Ukraynada sülhə təhlükə yaranmaması bizim üçün xüsusilə vacibdir”.

lnterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze Tbilisidə hökumət iclasında bildirib.

O qeyd edib ki, hərkəs üçün əsas düşünüləsi  və narahat olunası mövzu Ukraynada müharibənin yolverilməzliyi olmalıdır.

“Mənim Ukraynaya münasibətimi hamı bilir və məni bu ölkə ilə xüsusi sevgi birləşdirir, bu səbəbdən Ukrayna ətrafında cərəyan edən proseslərə münasibətimi bir daha ifadə edirəm. Ukraynalılar bizim dost xalqımızdır və buna görə də Ukraynada sülhə təhlükə yaranmaması bizim üçün xüsusilə vacibdir. Hərbi eskalasiyanın qarşısının alınmasına kiçik də olsa töhfə verə biləcək hər kəsin əsas narahatlığı məhz bu olmalıdır. Bizim gücümüz də bura yönəlib. Biz əlimizdən gələn hər şeyi edirik, edirdik və gələcəkdə də edəcəyik. Mən Ukrayna xalqına sülh arzulamaq istəyirəm”, - deyə Kaladze bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər