26 
Yan
2022
14:04
397

Gürcüstan parlamentinin yeni seçilmiş sədri Şalva Papuaşvilinin ilk işgüzar səfərinin hara olacağı məlum oldu

Gürcüstan parlamentinin yeni seçilmiş sədri Şalva Papuaşvili ilk işgüzar səfərini NATO-nun Brüsseldəki mənzil-qərargahına edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamenti məlumat yayır.

Gürcüstan parlamentinin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti NATO-Gürcüstan Komissiyasının  iclasında iştirak edəcək.

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin sözlərinə görə, bu səfərin regiondakı kifayət qədər mürəkkəb vəziyyətə, həmçinin NATO ilə Rusiya arasında danışıqlara təsadüf etməsi vacibdir.

“Bizim üçün birinci mənbədən bu danışıqların necə getdiyi, NATO-nun Gürcüstanı dəstəkləməkdə nə qədər güclü olduğu barədə məlumat almaq vacibdir.

Biz gələcək perspektivlər, mümkün inkişaf ssenariləri, həmçinin Gürcüstanın NATO-ya üzvlüyünü sürətləndirmək üçün həm bizim, həm də NATO-nun atmalı olduğu addımlar barədə danışmaq istəyirik. Bu, kritik dərəcədə əhəmiyyətlidir, çünki bu gün hamı başa düşür ki, Avropanın təhlükəsizliyi Gürcüstan və Ukraynanın təhlükəsizliyindən asılıdır və buna görə də burada gecikmələr və güzəştlər qəbuledilməzdir", - Nikoloz Samxaradze bildirib.

Qeyd edək ki, Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinə Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri İrakli Beraia, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya daxildir.

Bizimlə əlaqə saxlayın