26 
Yan
2022
15:22
334

Xatuna Samnidze Ukraynaya dəstək verən qətnamə layihəsi haqda açıqlama verdi

“Ukraynaya dəstək verən qətnamə layihəsi prinsiplər səviyyəsində razılaşdırılıb və ayrı-ayrı şərtlərin razılaşdırılması istiqamətində iş prosesi gedir”.

lnterPress.ge xəbər verir ki, bu barədə İslahatlar Qrupunun rəhbəri Xatuna Samnidze məlumat verib.

Samnidze bu gün qətnamə layihəsinə start veriləcəyinə ümid edir.

“Gürcü arzusu” qətnamənin öz variantını təqdim edib. Bəzi iradlarımızı nəzərə aldılar. Biz məsələlərdə prinsipial razılığa gəlmişik və mətnin son variantını gözləyirik. Ümid varam ki, yaxın saatlarda razılığa gələ biləcəyik. Parlamentin qətnaməsində Rusiyanın təcavüzü, Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsinin öz əksini tapması prinsipial məsələdir. Ümid edirəm ki, proses yaxın saatlarda başa çatacaq, çünki əgər biz qətnamənin parlamentin ilk iclasında qəbul olunmasını istəyiriksə, o, bu gün qeydə alınmalıdır”, - deyə Xatuna Samnidze bildirib.

Qeyd edirik ki, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin ofisində Ukraynaya dəstək verən qətnamə layihəsi üzrə parlamentin siyasi qrupları arasında məsləhətləşmələr keçirilib.

Bizimlə əlaqə saxlayın