26 
Yan
2022
16:05
264

VMH partiyasının üzvü niyə hələ də partiyanın parlamentə daxil olub-olmaması ilə bağlı qərarın qəbul edilmədiyini açıqladı

“Bu, vacib qərardır, çünki partiyamızın qurucu sədri siyasi məhbusdur”.

lnterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının üzvü Tina Bokuçava VMH partiyasının niyə hələ də parlamentə daxil olub-olmaması ilə bağlı qərar qəbul edilmədyi haqda açıqlama verərkən deyib.

O qeyd edib ki,  bu məsələ ilə bağlı qərar qəbul etmək vacibdir və partiyada qərarların demokratik yolla qəbul edilməsi normal prosesdir.

“Bu, vacib qərardır, çünki partiyamızın qurucu sədri siyasi məhbusdur, ona görə də istənilən siyasi proses üçün məkan çox dardır. Məncə, “Gürcü arzusu” da olduğu kimi, partiyada qərarların bir nəfərin diktəsi ilə deyil, demokratik yolla qəbul edilməsi sağlam və normal prosesdir”, - deyə Tina Bokuçava bildirib.

Bizimlə əlaqə saxlayın