26 
Yan
2022
16:12
298

Gürcüstanda dərmanların keyfiyyətinə nəzarət gücləndiriləcək

"Dərmanların qiymətini və keyfiyyətini qorumaq  üçün təkcə Türkiyə bazarının açılması yetərli deyil və bu məsələ bir neçə amildən asılıdır."

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü arzusu"partiyasının üzvü Davit Sergeenko parlamentdə səhiyyə nazirliyi ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, dərmanların keyfiyyətinə nəzarət sistemini gücləndirmək və digər tədbirlər görmək lazımdır.

"Dərmanların qiymətini ucuzlaşdırarkən, keyfiyyətini qorumaq  bir neçə amildən asılıdır. Türkiyə bazarının açılması tək məsələ deyil. Bazarın açılması bir sıra başqa ölkələrdə türk dərmanlarının qeydiyyatı prosedurunun sadələşdirilməsi və bərabərləşdirilməsində özünü göstərib, lakin təkcə bu kifayət deyil. Siyasi razılaşmalara ehtiyac var. Bildiyimə görə, bununla bağlı işlərə başlanılıb və keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi, eləcə də digər kompleks tədbirlər tələb olunacaq. Bir neçə gündən sonra bizim Məsləhət Şurası formatında görüşümüz baş tutacaq və mənim bununla bağlı daha çox məlumatım olacaq”, - deyə David Sergeenko bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər