26 
Yan
2022
16:35
1007

Mixeil Saakaşvili əhaliyə çağırış etdi

“Mən vətəndaşları polisin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz hərəkətlərinin şahidi olduqları yerləri lentə almağa və yayılmaqdan qorxurlarsa, televiziyalara və tanınmış fəallara göndərməyə çağırmaq istəyirəm”. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz facebook səhifəsində yazıb.

Saakaşvilinin qeyd etdiyi görə, o ölkədə keçirilən həmrəylik aksiyalarını alqışlayır.

"Mən cəmiyyətin zorakılığa ve hakimiyyətin özbaşınalığına qarşı oyanmasını alqışlayıram. Bu gün Gürcüstanı bürüyən həmrəylik aksiyaları göstərir ki, biz sadəcə əhali deyil, cəmiyyətik. Çox maraqlı liderlər, xüsusən də qadınlar meydana çıxdı.

Zorakıların polis ve penitensiar sistemdə səlahiyyətləri var. Heç yadımdan çıxmaz ki, gecə saat 6-da Qori xəstəxanasında  çarpayıda yarı huşsuz vəziyyətdə olanda 6 müşayiətçi guya saatı götürmək üçün yanıma gəldi. Onların başçıları xüsusilə fəal idi. Yadımdadır, nifrət dolu baxışları var idi, o birilər açıq-aydın əmrin icrasından yayınırdılar, o isə qışqırırdı ki, niyə dayanırsız hərəkətə keçin. Mənim haqqımda isə deyirdi ki, gör nə qədər gücü var, bizə yalan danışır, guyaki halı pisdir.

Bax, oliqarx belə quduz köpəklər böyütdü. Diqqət eləsin, öz əli ilə yedirdiyi bu köpəklər sonra onun əlini dişləməsin. Quduzluq və nifrət onsuz da ağır xəstəlikdir.

İndi Dövlət Müfəttişliyindən öyrəndim ki, çarpayımın üstündə quraşdırılmış kamera görüntüləri silinib. Bu o deməkdir ki, “hökumət” cinayət törətdiyini bilir və izlərini silib. Problem yoxdur, onsuz da heç nə gizli qalmayacaq!

Vətəndaşları polisin, hüquq-mühafizə orqanlarının qanunsuz əməllərinin şahidi olduqları yerləri lentə almağa, yayılmaqdan qorxurlarsa, televiziyalara, tanınmış fəallara göndərməyə səsləmək istərdim. Biz gürcü polisinə soxulmuş qeyri-insani dəstənin qarşısını almalıyıq. Biz bunu ən azı sistemdəki layiqli polislərə Gürcüstana xidmət etmək üçün ikinci şans vermək məqsədilə etməliyik. Həmçinin, biz bu ləyaqətli polislərlə fərdi işləməliyik ki, onlar İvanişviliyə uymasınlar”, - Mixail Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın