ABŞ səfiri: “Ümid edirik ki, Vahid Milli Hərəkat parlamentə daxil olacaq”
“Ümid edirik ki, Vahid Milli Hərəkat parlamentə daxil olacaq”.
ınterPress.ge xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan mediaya açıqlamasında “Vahid Milli Hərəkat” partiyasının parlamentdəki fəaliyyəti ilə bağlı sualı cavablandırıb.
Səfirin VMH partiyasının maraqlarını və baxışlarını müdafiə edə biləcəyi yerin parlament olduğunu vurğulayıb.
“ABŞ keçirilən parlament seçkilərindən sonra həmişə bütün partiyaları, xüsusilə Vahid Milli Hərəkatı parlamentə daxil olmağa çağırıb. Maraq və baxışlarınızı müdafiə edə biləcəyiniz yer Parlamentdir. Gürcüstanın hər bir vətəndaşının nümayəndələrinin iştirak edəcəyi nümayəndəli parlament qurmaq üçün demokratik və imkanlardan istifadə edin. Biz ümid edirik ki, Vahid Milli Hərəkat parlamentə daxil olacaq", - səfir bildirib.
Kelli Deqnan həmçinin qeyd edib ki, müxalifət və iqtidar komandası birlikdə çalışsa, ABŞ şad olacaq.
“Əgər hakim komanda və müxalifət bu ölkənin ən yaxşı maraqlarını təmsil edən təşəbbüslər üzərində birgə çalışsalar, çox şad olarıq. Bu, çox vaxt və danışıqlar aparacaq".


