Mixail Saakaşvili yeni bəyanat yaydı
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili siyasətçilərin və fəal vətəndaşların “antikorrupsiya hərəkatı” yaratmasını alqışlayır.
lnterPress.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvili bəyanatında bildirib.
O qeyd edib ki, cəmiyyətin birgə işləməsi ilə korrupsiyaya qarşı mübarizə aparmaq olar.
“Siyasətdə mən parlamentdə aktiv fəaliyyətimə başladım, korrupsiyaya qarşı mübarizə komissiyası yaratdım, bir neçə nazir və digər yüksək vəzifəli məmurları ifşa etdim. Daha sonra Əmlak Hüququ Bəyannamələrinin, elece də əsassız əmlakın həmmüəllifi oldum. Həmçinin Ukraynada qanunların yazılmasına kömək edirdim. 3 milyonluq Odessada dəmir mil ilə korrupsiyanın kökünü kəsdik.
İndi Gürcüstanda yenidən korrupsiya qoxusu yayılanda və “hökumət” bundan razı qalanda ancaq bizim, bütün cəmiyyətin birgə işləməsi ilə məşğul ola bilərik.
Korrupsiya istedadlı insanların və ölkənin imkanlarını öldürür. O, çox çirkin və ədalətsizdir.
Ölkəyə xidmət edən antikorrupsiya hərəkatına uğurlar arzulayıram! Biz birlikdə bu çirkinliyə qalib gələcəyik!” - deyə Mixail Saakaşvili yazıb.


