28 
Yan
2022
12:21
363

Kvemo Kartlidə küçələrin adlandırılması probleminin aradan qaldırılması prosesinə başlanacaq.

Kvemo Kartlidəki dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin təşəbbüsü ilə regionda illərdir mövcud olan  küçələrin adlandırılması probleminin aradan qaldırılması  prosesinə başlanacaq.

lnterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli quberniyasında məlumat verilib.

Məlumatda qeyd olunub ki, Qiorqi Doxturişvilinin rəhbərlik etdiyi regional administrasiyada növbəti işçi iclası keçirilib.

İclasda Bələdiyyələr, Sakrebulo sədrləri,  eləcə də sədr müavinləri, Regional İnkişaf və İnfrastruktur Nazirliyinin və Dövlət Reyestrinin Milli Agentliyinin nümayəndələri də iştirak ediblər.

Görüşdə dövlət nümayəndəsi bu mərhələyə qədər rayon əhalisinin böyük hissəsinin prioritet ehtiyacı olan küçə adları mövzusunun aktuallığından danışıb.

  Tərəflər dialoqda bu istiqamətdə birgə həyata keçiriləcək planları müzakirə ediblər. Söhbətlər səlahiyyətli qurumlar tərəfindən hazırlanmış tövsiyələrə uyğun həyata keçirilən prosessual normalara yönəldilib.
Bu gün rayonun və bələdiyyələrin rəhbərləri dialoq rejimində regionda müxtəlif istiqamətlər üzrə cari məsələləri, o cümlədən infrastruktur layihələrinin gedişini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın