28 
Yan
2022
16:00
290

Parlamentin sədri və Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri arasında görüş baş tutub

Parlamentin sədri Şalva Papuaşvili Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan ilə tanışlıq görüşü keçirib.

lnterPress.ge xəbər verir ki bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında münasibətlər, parlamentlərarası əməkdaşlıq və ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

“Tərəflər iki ölkənin gündəliyindəki məsələləri, regiondakı vəziyyət, Şərqi Avropada təhlükəsizlik çağırışları və Gürcüstan parlamenti sədrinin prioritetlərini müzakirə ediblər. Şalva Papuaşvili və Fatma Ceren Yazqan ölkəmizdə iqtisadi əməkdaşlığın dərinləşməsindən və biznes mühitindən danışıblar.

Spiker Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın