Qori Hərbi Hospitalı silinən videoyazılarla əlaqəli bəyanat yayır
Qori Hərbi Hospitalı Mixail Saakaşvilinin videogörüntülərinin guya qəsdən məhv edilməsi ilə bağlı yayılan yalan məlumatlara açıqlama ilə cavab verib.
lnterPress.ge xəbər verir ki, bu barədə həmin açıqlamada bildirilib.
Qeyd olunub ki, kameralarda 72 saatlıq iş rejimi var və bundan sonra material avtomatik surətdə köçürülür.
“Son günlər ərzində müxtəlif media vasitəsilə yalan məlumatlar yayılıb, guya Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalı Mixail Sakaşviliyə ilə bağlı kadrları qəsdən məhv edib.
Bəyanatda qeyd olunub ki, Mixail Saakaşvilinin Qori Hərbi Hospitalına köçürülməsi zamanı onun təhlükəsizliyinə və sağlamlığına ictimai maraq yüksək olduğuna görə kameralar quraşdırılıb. Bildiyiniz kimi, Mixail Saakaşvili dekabrın 30-da, saat 00:15-də Qori Hərbi Hospitalından Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu kameralar sırf Mixail Saakaşvilinin təhlükəsizlik məqsədləri üçün istifadə edildiyinə görə, artıq bu görüntüləri Qori Hərbi Hospitalında saxlamaq məcburiyyəti yox idi.
Mixail Saakaşvilinin Qori Hərbi Hospitalından köçürülməsindən təxminən iki gün sonra, dekabrın 31-də, saat 18:25-də Dövlət Müfəttişliyindən videomaterialın dekabrın 27-dən dekabrın 28-dək arxivə götürülməsini xahiş edən məktub gəlib. Artıq izah etdiyimiz kimi, qeyd olunan video materialı saxlamaq üçün nə öhdəlik, nə də məqsədəuyğunluq olmadığı üçün artıq silinmişdi. Üstəlik, bu kameraların 72 saatlıq iş rejimi olduğundan, sonra materialın avtomatik surətini çıxardığı üçün kameralar hələ də işlək vəziyyətdə olsa belə, heç bir halda Dövlət Müfəttişinin tələbini tam təmin etmək mümkün olmayıb. Dövlət müfəttişinin məktubu, qeyd edildiyi kimi, Mixail Saakaşvilinin xəstəxanadan buraxılmasından uzun müddət sonra gəlib.
Bundan əlavə, qeyd olunan məsələlərlə bağlı Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalının direktorunun müşaviri Davit Qoniaşvili Dövlət Müfəttişliyi Xidmətinə ətraflı ifadə verib və bununla bağlı hər hansı qanun pozuntusunu müşahidə etməyiblər.
Ona görə də, düşünürük ki, hazırkı kampaniya siyasi spekulyasiyanın yalnız bir hissəsidir və reallıqla heç bir əlaqəsi yoxdur”, - deyə hərbi hospitaldan bildirilib.


