29 
Yan
2022
11:08
645

Rusiya Gürcüstanın Xarici İşlər Nazirliyinə nota göndərdi

Rusiya Gürcüstanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərdi.

lnterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zayçev məlumat verib.

O qeyd edib ki,  yanvarın 26-da İsveçrə Konfederasiyasının Gürcüstandakı səfirliyinin binası qarşısında müxalifətin mitinqinin başlamasına az qalmış həmin hissədə əsas və ehtiyat elektrik enerjisi mənbələri kəsilib.

“ Biz bu hadisəni narahatlıqla qarşıladıq. Yanvarın 26-da Gürcüstan müxalifəti İsveçrə Konfederasiyasının Rusiyadakı səfirliyinin binası yaxınlığında Rusiya əleyhinə siyasi aksiya keçirib. Başlamadan bir az əvvəl həmin hissədə əsas və ehtiyat elektrik enerjisi mənbələri kəsilib”, - deyə məlumatda bildirilib.

Zayçev bildirib ki,  Gürcüstanın Xarici İşlər Nazirliyi ilə yanaşı, İsveçrə Konfederasiyasının Moskvadakı səfirliyinin Gürcüstanın maraqlar şöbəsinin müdirinə də diplomatik nota göndərilib.

“Hadisə ilə əlaqədar Maraqlar Şöbəsi Gürcüstanın Xarici İşlər Nazirliyinə nota göndərib ki, Gürcüstanın hakimiyyət orqanları Diplomatik münasibətlər haqqında 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasını ciddi şəkildə yerinə yetirsinlər. Oxşar mesajı Rusiya Xarici İşlər Nazirliyi İsveçrə Konfederasiyasının Moskvadakı səfirliyinin Gürcüstanın maraqlar şöbəsinin müdirinə də göndərib. Hazırda şöbədə elektrik enerjisinin təchizatı tam bərpa olunub. Ümid edirik ki, Gürcüstan hökuməti belə hadisələrin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək”, - deyə Zayçev bildirib.

Həmçinin qeyd olunub ki, yanvarın 26-da Rusiyanın keçmiş səfirliyi qarşısında “Avropalı Gürcüstan”ın təşkilatçılığı ilə Ukraynaya dəstək məqsədilə “Слава Україні! aksiyasi keçiriləcək.

Bizimlə əlaqə saxlayın