Parlamentdə üç deputatın mandatlarının vaxtından əvvəl xitam verilməsi məsələsi nəzərdən keçiriləcək
Bu gün parlamentdə, Şalva Natelaşvili, Elene Xoştaria və Badri Caparidzenin mandatlarının vaxtından əvvəl xitam verilməsi məsələsi nəzərdən keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamenti məlumat yayıb.
Komitədə prosedur məsələləri və qaydaların müzakirəsindən sonra məsələ yaz sessiyasının elə ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Onların vaxtından əvvəl mandatlarının dayandırılması ilə bağlı müzakirəyə səbəb Xoştariya və Natelaşvilinin onuncu çağırış parlamentin iclaslarında iştirak etməyəcəkləri göstərilir.
Bildirilir ki, onlar boykotla bağlı bəyanat yazmadıqları üçün parlamentin reqlamentinə görə, iştirak etməmək yolverilməzdir. Badri Caparidzeyə gəlincə, onun barəsində hökm qanuni qüvvəyə minib.


