Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda yenidən səhra xəstəxanaları yaradıla bilərmi?

319
Gürcüstanda yenidən səhra xəstəxanaları yaradıla bilərmi?
Dinləmək üçün basın

“Omikron” ştammına yoluxanların sayının artmasına baxmayaraq, bu gündən ölkədə səhra xəstəxanalarının yaradılmasına ehtiyac yoxdur.

“Omikron” ştammına yoluxanların sayının artmasına baxmayaraq, bu gündən ölkədə səhra xəstəxanalarının yaradılmasına ehtiyac yoxdur. 

lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra məlumat verib.

O qeyd edib ki,  8 min çarpayı səfərbər edilib ki, bunun da 5 mini tutulub.

Bundan əlavə, onun sözlərinə görə, nazirlik prosesi idarə etmək üçün onlayn klinikaların əlavə edilməsini planlaşdırır.

“Keçən həftə bir neçə onlarla onlayn klinika və operator əlavə etmişdik və bu həftə də artırılacaq. Omikronun gedişatına gəlincə, bilirsiniz ki, bu gün bizdə 13 min xəstə var, aktiv xəstələrin sayı isə 150 mindir, onlardan 5 min vətəndaşımız xəstəxanada müalicəsini davam etdirir. Daha çox onlayn klinikalar əlavə edəcəyik. Hal- hazırda 2500 ailə həkimi iştirak edir və prioritet olaraq xroniki xəstəlikləri və digər fəsadların yaranma riski olan vətəndaşlara zənglər edilir, tövsiyələr  verirlər. Daxil olan zənglər qeydə alınır, eləcə də yerində test edildikdən sonra sağlamlığı barədə tam məlumat verilir.

Sahə xəstəxanasının yaradılması zərurətinə gəlincə, bu günə və proqnoza görə, 8 mindən çox çarpayının səfərbər edildiyini və 5 mininin artıq tutulduğunu nəzərə alsaq, buna ehtiyac yoxdur. Bizim mübarizə aparmaq üçün hələ də resurslarımız var “, - deyə Azaraşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →