Kaxa Kaladze: "Bu vədi yerinə yetirməyə başlayırıq"
“ Biz imkan verməyəcəyik ki, kimsə dövlət torpaqlarını zəbt etsin, sonra isə qanunsuz tikintilər həyata keçirsin”.
lnterPress.ge xəbər verir ki, bu barədə paytaxtın meri Kaxa Kaladze belə bildirib.
Kaladzenin sözlərinə görə, Orxevi qəsəbəsində yaşayan bəzi ailələrin başqa mənzilləri də var.
“Evləri çoxdu, əgər istəsəniz sizi də aparıb yaşadarlar. Sadə dillə desək, çoxlu proqramlarımız var. Evsizlərə gəlincə, təbii ki, belə 400-ə yaxın ailə var. Biz bu insanlara deyirik ki, əgər bu gün imkanın yoxdursa, evsizsənsə və bu statusa sahibsənsə, seçkidə söz vermişdim ki, bütün ailələr razı qalacaq, bələdiyyə mənzillər veriləcək və bu insanlar heç bir problem olmadan yaşaya biləcəklər. Bu vədi yerinə yetirməyə başlayırıq. Bu ay 15-16 ailə mənzillərlə təmin olunacaq.
Bizim ikinci proqramımız da var. Əgər bu insanların mənzilləri yoxdursa, onların yerli rayon administrasiyasına müraciət etmək imkanı var və kirayə ilə təmin olunacaqlar”, - deyə Kaladze jurnalistlərə bildirib.


