01 
Fev
2022
17:08
349

Parlamentin plenar iclasında hakim partiya tərəfindən hazırlanmış qətnamə layihəsi müzakirəyə çıxarılıb

Parlamentin plenar iclasında Ukrayna ilə bağlı hakim partiyanın təşəbbüsü ilə hazırlanan qətnamə layihəsi müzakirə edilir.

InterPress.ge xəbər verir ki bu barədə Gürcüstan Parlamenti məlumat yayıb.

Sənədi deputatlara Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Giorgi Xelaşvili təqdim edəcək.

Parlamentin qətnaməsi  “Ukraynada mümkün hərbi eskalasiya haqqında” adlanır və müəllifi və təşəbbüskarları “Gürcü arzusu”nun deputatları Giorgi Xelaşvili, Maka Boçorişvili, Levan Karumidze, Qivi Mikanadze və Tamar Taliaşvili- dir.

Layihəni “Gürcü Arzusu”nun nümayəndələrindən başqa heç bir parlament qrupu imzalamayıb. Tənqidin əsas səbəbi layihənin heç bir bəndində Rusiya Federasiyasının qeyd edilməməsidir.

"Gürcü arzusu”nun hazırladığı qətnamə layihəsi aşağıdakı məzmundadır:

"Gürcüstan parlamenti - Gürcüstan Konstitusiyasına, qanunvericiliyə və beynəlxalq müqavilələrə əsasən Beynəlxalq münasibətlərdə sülh və əməkdaşlıq prinsiplərinin tanınmasını və bərqərar olmasını alqışlayır.

Beynəlxalq nizam prinsiplərinə və beynəlxalq hüququn beynəlxalq səviyyədə tanınmış normalarına, o cümlədən sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü və dövlətin suverenliyi prinsiplərinə riayət edir.

Ukraynada mümkün hərbi eskalasiyadan dərin narahatlığını ifadə edir və suveren dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələ bilən və təkcə Ukrayna üçün deyil, həm də regional sülh və təhlükəsizliyə yeni təhlükə yaradan istənilən niyyəti pisləyir.

Şimali Atlantika Alyansına üzvlük dövlətin suveren hüququ olduğunu və bu hüququn hərbi-siyasi vasitələrlə məhdudlaşdırılması cəhdinin qəti şəkildə qəbuledilməz olduğunu bəyan edir.

Hesab edir ki, Ukraynada müharibənin qarşısının alınması beynəlxalq ictimaiyyəti narahat edən əsas məsələ olmalıdır.

Hər hansı mümkün hərbi eskalasiyadan ciddi zərər görə biləcək dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirir.

Bütün qeyd olunanları nəzərə alaraq, Gürcüstan parlamenti Gürcüstan hökumətini diplomatik vasitələrdən istifadə etməklə və strateji tərəfdaşlarla sıx koordinasiyada Ukraynada müharibənin qarşısının alınmasına töhfəsini davam etdirməyə çağırır”.

Bizimlə əlaqə saxlayın