01 
Fev
2022
17:35
3499

Türkiyədə gürcülər arasında qarşıdurma yaşandı - Ölən var

Türkiyənin İstanbul şəhərində gürcülər arasında baş verən qarşıdurma zamanı 32 yaşlı Qiorqi Sixarulidze qətlə yetirilib.

InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, qətldə əli olan 45 yaşlı Zviad Bulia artıq Türkiyə polisi tərəfindən yaxalanıb.

Hadisə gürcülərin masa arxasında olduğu vaxt baş verib. Mövcud məlumata görə, Xviça Çipuriya ilə Zviad Buliya arasında mübahisə baş verib, Bulia bıçaqla əlini hərəkət etdirərkən bıçaq yanında oturan Qiorqi Sixarulidzeyə dəyib.

Sixarulidze xəstəxanaya çatmamış  həyatını itirib.. Digərləri yaralılara kömək etməyə çalışarkən, Buliya  Cipuriyanı yaralayaraq hadisə yerindən qaçaraq gizlənib.

Əldə olan məlumata görə, o, dolama yolla Gürcüstana keçməyə cəhd edib. Onun yaxalanmasını ailəsi də təsdiqləyir.

Yaralı Xviça Çipuriyaya gəlincə, onun həyatı üçün təhlükə yoxdur.

Bizimlə əlaqə saxlayın