Radada Gürcüstan bayrağı açılmadı
Radada prezident Zelenskinin çıxışından sonra deputatlar Ukraynaya dəstək verən bütün ölkələrin bayraqlarını nümayiş etdiriblər. Bayraqların arasında isə Gürcüstan bayrağı olmayıb.
InterPress.ge xəbər verir ki, VMH fraksiyasının sədri Xatiya Dekanoidze parlament tribunasından məlumat və fotolar yayıb.
Prezident Zelenskinin çıxışından sonra Ukraynanın hər yerindən nümayəndə heyəti müxtəlif ölkələrin, o cümlədən ABŞ, Britaniyanın bayraqlarını açaraq tribunaya çıxdı və bilirsiniz ki, Ukrayna, Britaniya və Polşa yeni ittifaq qurur. Burada Kanada, Avropa İttifaqı, Türkiyə, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bütün dövlətlərin bayraqları var.
Amma təəssüf ki, bu tribunada Ukrayna üçün ən yaxın tərəfdaşlardan biri olmalı olan Gürcüstan bayrağı açılmadı", - Xatia Dekanoidze bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Radada çıxış edib. O, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən beynəlxalq tərəfdaşlarına və müttəfiqlərinə minnətdar olduğunu bildirib.
İclasın sonunda ukraynalı deputatlar zalda Müttəfiq dövlətlərin bayraqlarını nümayiş etdirərək onlara göstərdikləri dəstəyə görə təşəkkür ediblər.


