02 
Fev
2022
10:43
360

Tbilisidə Ukraynaya dəstək aksiyası keçiriləcək

Bu gün Droa partiyasının lideri Elene Xoşaria , Ukraynaya dəstək aksiyası keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xoşaria öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün saat 12:00-dan 15:00-a qədər aksiya Tbilisidə, eləcə də Gürcüstanın müxtəlif şəhərlərində keçiriləcək və burada vətəndaşlar  Ukrayna bayrağına imza ataraq ölkəyə dəstəklərini ifadə etmək imkanı əldə edəcəklər.

"Dostlar, sizə belə bir şey təklif edirik: saat 12:00-dan 15:00-dək Rustaveli prospektində parlamentin qarşısında Gürcüstan və Ukrayna bayraqlarını nümayiş etdirəcəyik, gəlib Ukraynaya dəstək üçün   Ukrayna bayrağına imza ata bilərsiniz, biz də bayraqları götürəcəyik və Kiyevə aparıb və Rada üzvlərinə təhvil verəcəyik. Bununla siz ukraynalılara dəstək göndərə və Gürcüstanın mövqeyini düzəldə biləcəksiniz.

Eyni aksiya Zuqdidi, Poti, Telavi,  Samtredia və Batumidə də keçiriləcək", - deyə Xoştariya yazıb.

Məlumat üçün bildirək ki, bu gün “Droa” partiyasının nümayəndələri Ukraynaya işgüzar səfər edəcəklər. Partiyadan verilən məlumata görə, Elene Xoştaria, Batu Kuteliya, Anastasiya Mqaloblişvili və Qiqa Lemonjava Radanın deputatları, jurnalistlər və Ukraynada yaşayan gürcülərlə görüşəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər