02 
Fev
2022
11:33
417

Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri Gürcüstana təşəkkür etdi

Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri Oleksand Merejko Gürcüstanın Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Qiorqi Xelaşvilinin Ukraynanı dəstəkləyən qətnaməsi ilə bağlı Twitter-dəki yazısına cavab verib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Radasının Xarici Əlaqələr Komitəsinin sədri yazıb.

O qeyd edib ki, “Ukraynaya dəstəyinizə və həmrəyliyinizə görə çox sağ olun”.

Qeyd edək ki, Gürcüstan parlamenti Ukraynanı dəstəkləyən qətnamə qəbul etdi. Gürcüstan parlamentinin Ukraynada mümkün hərbi eskalasiya ilə bağlı parlamentdə qəbul edilmiş qətnaməsinin mətnini “Gürcü arzusu” partiyası təqdim edib. 

Sənədi parlament çoxluğunun üzvləri - Qiorqi Xelaşvili, Maka Boçorişvili, Levan Karumidze, Qivi Mikanadze və Tamar Taliaşvili hazırlayıb. 

Mətndə bildirilir ki, Gürcüstan suveren dövlətin ərazi bütövlüyünə qarşı yönələ biləcək istənilən niyyəti  qınayır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər