02 
Fev
2022
13:21
265

Kobuleti meriyası qarşısında VMH- a dəstək aksiyası keçirilir

“Gürcü Arzusu yoxsullaşdırır”, “Bidzina get” – bu şüarlarla “Vahid Milli Hərəkat”ın üzvləri və onların tərəfdarları Kobuleti bələdiyyəsi qarşısında etiraz aksiyası keçirirlər.

lnterPress.ge xəbər verir ki, bu barədə Kobuleti bələdiyyəsi məlumat verib.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar ciddi şəkildə sosial problemlərə etiraz edirlər.

“İlkin istehlak məhsulları, kommunal xidmətlər, yanacaq fəlakətli dərəcədə bahalaşıb. Bunun fonunda yerli məmurların maaşları artır. Bələdiyyə rəhbərliyinin ayın sonunda 5000 lari almağa  haqqı yoxdur. Yerli büdcəni əhali idarə etməlidir, amma hansısa infrastruktur layihəsində hökumət pul oğurlayır,  büdcənin 40 faizi onların maaşlarına gedir. Bütün Gürcüstan yoxsulluğa doğru gedir'',- deyə partiya üzvü Bondo Tedoradze bildirib.

Bizimlə əlaqə saxlayın