02 
Fev
2022
18:08
4819

Marneuli Ədliyyə Evində skandal - "Azərbaycan dilində danışmaq olmaz..."

Marneulidə yerləşən Ədliyyə evində etnik azərbaycanlı Gürcüstan vətəndaşına Azərbaycan dilində danışdığı üçün irad tutulub.

Bu barədə Marneuli sakini Malik Ağayev InterPress.ge-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün COVID pasportu əldə etmək üçün Ədliyyə evinə müraciət edib. O, dövlət dili olan gürcü dilini bilmədiyindən Ədliyyə evinin etnik azərbaycanlı əməkdaşı ilə Azərbaycan dilində danışmaq istəyib. Amma Ədliyyə evinin əməkdaşı M. Ağayevə rus dilində cavab verib və ona Ədliyyə evində Azərbaycan dilində danışmağa icazə verilmədiyi bildirilib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın