Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək
Bu gün Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin edilib.
Məhkəmədə təqsirləndirilən Mixail Saakaşvilinin iştirakı gözlənilir. Eyni zamanda məhkəmənin həyətində sabiq prezidentə dəstək aksiyası da elan olunub.
Bugünkü məhkəmədə ittiham edilən tərəfin dəlilləri araşdırılacaq. İttiham edilən tərəf məhkəmədə bir neçə şahid təqdim edəcək.
Xatırladaq ki, Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb. İş üzrə daha 4 nəfər - Elquja Tsomaia, Zurab və Şalva Tsotsoriya və Giorgi Narimanidze ittiham olunub və onlara girov müqabilində həbs-qətimkan tədbiri seçilib.


