04 
Fev
2022
13:23
299

Paata Mangğaladze: "Dəvəquşu mövqeyində dayanmaq Gürcüstana baha başa gələcək"

Heç kim Rusiyanın qıcıqlanmasının tərəfdarı deyil, ancaq dəvəquşu mövqeyində dayanmaq Gürcüstana baha başa gələcək - qorxaqlığın qiyməti köləlikdir.

lnterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası"nın deputatı Paata Mangğaladze bildirib.

Onun qeyd etdiyinə görə, Rusiyanı işğalçı kimi qələmə verən prezident Salome Zurabişvilinin bəyanatı adekvat olub və “Gürcü arzusu” regiondakı vəziyyətə göz yummaq istəmir.

“Gürcü arzusunun əsas vəzifəsi ancaq hakimiyyəti saxlamaqdan ibarətdir, onlar bilirlər ki, Qərbə, Ukraynaya dəstək verən bəyanatlar Putini qıcıqlandıra və Rusiyanın təsirindən istifadə edərək Gürcüstanda hakimiyyəti dəyişdirə bilər. Gürcü arzusunun Putini qıcıqlandırmamaq siyasəti ilə hakimiyyətdə qalmağa çalışması çox təəssüf doğurur.

Saakaşviliyə və onun ifadəsinə gəlincə, o, həbsdədir və görünür ki, o qədər də məlumatı yoxdur- O, prezidentin rolundan danışırdı və biz bilirik ki, hazırkı konstitusiyaya görə Prezidentin kimisə dəstəkləmək üçün baş naziri harasa buraxmaq kimi funksiyaları yoxdur. Ümumiyyətlə, ölkənin öz xarici siyasəti olmalıdır, Rusiyadan asılı olmamalıdır. Heç kim Rusiyanın qıcıqlanmasının tərəfdarı deyil, amma dəvəquşu mövqeyində dayanmaq Gürcüstana baha başa gələcək, çünki qorxaqlığın qiyməti köləlikdir, ona görə də bu yolla getməməliyik”, -  deyə Mangğaladze bildirib.

Bizimlə əlaqə saxlayın