Mixail Saakaşvili Bidzina İvanişviliyə müraciət etdi
''İvanişviliyə müraciət etmək istəyirəm ki müxtəlif qulların arxasında gizlənə bilməyəcəksən hamı çox yaxşı bilir ki, sən prosesləri idarə edirsən''.
lnterPress. ge xəbər verir ki bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə zalında bildirib.
Onun sözlərinə görə, səhhətinin hər gün pisləşdiyi şəraitdə 5 həftə şəxsi həkimə getməyə icazə verilmir və bunun arxasında Bidzina İvanişvili dayanır.
Saakaşvilinin sözlərinə görə, Ukrayna prokurorluğu artıq müvafiq proseslərə başlayıb və ona işgəncə verilməsində iştirak edənlərin hamısı beynəlxalq axtarışa veriləcək.
''Əgər mənə nəzər yetirsəniz görərsiniz ki saqqalım yeni qırxılıb. Dünən həbsxanada stilist çağırdıq, dünən bu stilist gəlib qırxdı saqqalımı. 5 həftədir ki Nyu Yorkdan gələn şəxsi həkimim Nika Kipşidze hər gün arayış yazır ki, mənim yanıma buraxsınlar, lakin bərbəri bir gündə buraxadılar. İvanişvilinin qüvvələri tərəfindən 5 həftədir həkimə mənə baş cəkməsinə icazə verilmi, çox güclü zəifliyim, hipertoniya ilə bağlı ciddi problemlərim, çox güclü qan azlığı və bir çox başqa proseslərə baxmayaraq. Eyni zamanda, siz çox yaxşı bilirsiniz, mən İvanişviliyə müraciət etmək istəyirəm ki, mənim vəziyyətim hər gün pisləşir, mən artıq bir neçə dəfə huşumu itirmişəm, bu, sənin göstərişinizlə baş verir və sən ey oliqarx xalqı sarsıda bilməzsən və heç kimin uzərinə şər ata bilməzsən çünki hamı günahı səndə tapacaq. Sənə demək istəyirəm ki, beynəlxalq ədalət sən öz məqsədinə çatanda və mənim üçün ölümcül bitən bir şəraitdə, düşünmə və yaddaş qabiliyyətimin olmamasına nail olmayacaqsan, ya ölüm olacaq, ya da mənim adekvat müalicəm olacaq. Adekvat müalicə vasitələri olmasa təbii ki, ölümcül nəticə ilə də bitəcək. Xatırlatmaq istəyirəm ki, mən kimsə deyiləm, beynəlxalq ədalət sizə çatacaq, çünki Ukrayna prokurorluğu prosesə başlayıb və mənim işgəncələrimdə iştirak edən bütün insanlar, əminəm ki, beynəlxalq axtarışa veriləcəklər, və daha Antalyada dincəlmək üçün Türkiyəyə gedə bilməyəcəksən. İvanişvilinin ardınca getməzdən əvvəl bəndin bataqlığında üzməli olacaqsınız", - deyə Saakaşvili bildirib.


