05 
Fev
2022
09:19
510

Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.

Bu barədə InterPress.ge “A Haber” telekanalına istinadən xəbər verir.

Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktayın sözlərinə görə, Nikol Paşinyanın Türkiyəyə səfəri gələn ay baş tutacaq. “Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.

Türkiyənin vitse-prezidenti vurğulayıb ki, bir zamanlar Qarabağın işğalına görə ən çox əziyyət çəkən elə qəsbkar Ermənistan, bu ölkənin vətəndaşları olub. 

O, qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələr təyin olunub, qarşılıqlı müsbət mesajlar verilib. Rəsmi Ankara bu prosesin sürətlənməsini istəyir.

Bizimlə əlaqə saxlayın