05 
Fev
2022
19:13
352

Qiuli Alasania: "Saakaşvili bu vaxtadək müayinə olunmayıb"

Mixail Saakaşvili hələ də Rustavi həbsxanasında müayinə olunmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın üçüncü prezidentin anası Qiuli Alasaniya bildirib.

Qiuli Alasanianin bildirdiyinə görə, insan həyatına belə münasibət yanlışdır. 

Eyni zamanda, Alasania qeyd edir ki, Qoridə nisbətən yaxşı münasibət olub, orada həkimin həbsxanaya daxil olmasına icazə verilib.

“Onların insan həyatına belə münasibət bəsləmələri böyük səhvdir. Axı o, keçmiş prezidentdir. Çox ölkələrin diqqəti buradadır. Bu prosesdə iştirak edirlər. Tək müalicədən söhbət gedə bilməz, bu vaxtadək müayinə aparılmayıb. Qoridə  nisbətən yaxşı münasibət var idi və ona həkimə müraciət etməyə icazə verilirdi. Qoridən sonra başlayan bu vəziyyət hər kəs üçün anlaşılmazdır" deyə Qiuli Alasaniya bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər