07 
Fev
2022
13:59
257

Gürcüstan parlamentinin sədri və nümayəndə heyəti Londona səfər edəcək

Fevralın 8-də parlament sədrinin başçılığı ilə Gürcüstan parlamentinin nümayəndə heyəti Londona yola düşəcək.

lnterPress. ge xəbər verir ki bu barədə  parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

 Məlumata əsasən İcmalar Palatasının və Lordlar Palatasının sədrləri ilə görüşlər keçiriləcək.

"Həmkarım və Müdafiə Komitəsinin sədri ilə görüşəcəyik. Alimlərlə görüşlər keçiriləcək. Biz ikitərəfli Gürcüstan-Britaniya münasibətlərini, eləcə də regiondakı vəziyyəti, ticarət əlaqələrinin dərinləşdirilməsini müzakirə edəcəyik'' , - deyə Nikoloz Samxaradze bildirib. 

Görüşlər zamanı Britaniya-Polşa-Ukrayna ittifaqının yaradılması təşəbbüsünün müzakirə mövzusu olub-olmayacağı və belə bir ittifaq yaranarsa, Gürcüstanın ona üzvlük məsələsi ilə bağlı sualı cavablandıran Samxaradze deyib ki, bu məsələ müzakirə olunacaq.

Samxaradze həmçinin qeyd edib ki, alyansın mənzərəsi hələ aydın deyil və ötən həftə Gürcüstanda olan Polşa prezidentinin alyansın necə işləməsi barədə dəqiq təsəvvürü yoxdur.

“Biz hələlik alyansın təfərrüatlarını bilmirik. Hansı növ müttəfiqlik, hansı istiqamətlərə yönələcək və necə inkişaf edəcək - təbii ki, bu barədə danışacağıq. Əgər alyans bizim üçün maraqlıdırsa, Gürcüstanın ona nə qədər əlavə oluna biləcəyindən danışacağıq. Alyansın yaradılması ideya səviyyəsindədir və biz Londona səfərimiz zamanı təfərrüatları öyrənəcəyik", - deyə  Nikoloz Samxaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər