07 
Fev
2022
14:31
297

Rustavi büdcəsinin artması ilə hansı layihələr maliyyələşəcək?

Rustavi büdcəsi 7 milyon lari artıb.

lnterPress. ge xəbər verir ki bu barədə jurnalistlərə şəhər meri Nino Laçabidze məlumat verib.

Rustavi merinin sözlərinə görə, büdcəyə səfərbər edilmiş əlavə 7 milyon lari ilə əhaliyə yönəlmiş layihələr həyata keçiriləcək və Rustavi meriyası artıq təsdiqlənməsi üçün Şəhər Şurasına müraciət edib.

Nino Laçabidze ümid edir ki, Şəhər Şurası təqdim olunan layihələri vaxtında təsdiq edəcək və yaxın vaxtlarda onların icrasına başlanacaq.

''Rustavinin büdcəsi 7 milyon lari artır. Biz həyata keçirə biləcəyimiz layihələrin siyahısını Şəhər Şurasına təqdim etmişik. Əsas məbləğ qəzalı binaların möhkəmləndirilməsinə, eləcə də uşaq bağçalarının bərpasına yönəldilib. Bu 7 milyon lari ilə büdcədə icrası nəzərdə tutulan hər bir layihə əhalinin tələbidir, əlimizdə elə sənədlər var ki, əhali imza ataraq bu layihələrin həyata keçirilməsini xahiş edir. Mən çox ümid edirəm ki, Rustavi Şəhər Şurası qərar qəbul edəcək və bizə bu layihələri ən qısa zamanda həyata keçirməyə başlamağa icazə verəcək”, - deyə Rustavi meri Nino Laçabidze bildirib. 

Rustavi meriyası tərəfindən verilən məlumata görə, büdcədəki 7 milyon lari qəzalı evlərin möhkəmləndirilməsi, daxili həyətyanı sahələrin və kanalizasiya sistemlərinin təmiri, yolların və səkilərin bərpası, daxili kanalizasiya sistemlərinin və yeni istirahət yerlərinin quraşdırılması, idman və yeni istirahət yerlərinin tikintisi, istirahət yerləri, uşaq bağçalarının bərpası, təbii fəlakət nəticəsində zədələnmiş yaşayış binalarının dam örtüyünün bərpası və minimum ərzaq proqramının maliyyələşdirilməsinə xərclənəcək"-Laçabidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər