07 
Fev
2022
14:40
365

VMH partiyasının üzvləri Acaranın Təhsil Nazirliyi qarşısında aksiya keçirirlər

Vahid Milli Hərəkatın Xelvaçauri şöbəsinin üzvləri Acaranın Təhsil, Mədəniyyət və İdman Nazirliyinin qarşısında aksiya keçirirlər.

lnterPress. ge xəbər verir ki,  bu barədə Acaranın Təhsil, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Vahid Milli Hərəkatın üzvü Mişa Bolkvadzenin sözlərinə görə, Xelvaçaurinin keçmiş meri Gumber Vardmanidze  korrupsiyada ifşa olunan Acaranın təhsil, mədəniyyət və idman nazirinin müşaviri təyin edilib.

Mişa Bolkvadzenin sözlərinə görə, Gumber Vardmanidzenin audit hesabatına əsasən, 68 iş üzrə qanun pozuntuları aşkar edilib.

Onun sözlərinə görə, etirazçılar Acaranın təhsil, mədəniyyət və idman naziri Maia Xagişvili ilə görüş tələb edirlər.

Öz növbəsində Acaranın Təhsil, Mədəniyyət və İdman Nazirliyi jurnalistlərə bildirib ki, nazir kovid virusuna  yoluxub və işə qayıdandan sonra Vahid Milli Hərəkat üzvləri ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər