"Mişa Sektoru" Hökumət administrasiyası qarşısında aksiya keçirir
“Mişa sektoru” vətəndaş hərəkatı Mixail Saakaşviliyə dəstək aksiyası çərçivəsində hökumət administrasiyası qarşısında çadır qurur.
lnterpress. ge xəbər verir ki bu barədə "Mişa Sektoru" məlumat yayıb.
Etiraz aksiyasının təşkilatçılarından biri, “Mişa Sektoru"nun təsisçisi Levan Merebaşvilinin sözlərinə görə, etiraz formalarından biri çadır qurmaqdır və etirazçılar çadır qurmaq üçün qanuni icazə almaq məqsədilə meriyaya müraciət edəcəklər.
“Biz qanuna uyğun olaraq meriyaya müraciət edirik ki, bizə çadır qurmağa icazə verilsin. Biz bu etirazımızı davam etdirəcəyik və çadırı qurmağımıza icazə vermək üçün qanuni şəkildə mübarizə aparacağıq. Əgər bizə çadır qurmağa icazə verilməsə, növbəti qurumlara müraciət edəcəyik. Əgər bunu qəbul etməsələr, bu hökumətin diktatura olduğunu bir daha ifşa edəcəyik.”, - deyə Merebaşvili bildirib.
O, mitinq təşkilatçılarının əsas tələbindən, yəni saxlanılan Mixail Saakaşvilinin yanına şəxsi həkimin buraxılmadığından da danışıb.
"Bütün bunlar artıq sadizm şəklini alır. Əgər onların gizlədəcəkləri heç nə yoxdursa, niyə şəxsi həkimi buraxmırlar? Bizim əsas şüarımız Mixail Saakaşvili üçün azadlıqdır", - Merebaşvili bildirib.


